Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

09:29 - 29 / 11 / 2024
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə 3 nəfər sərhəd pozucusu və narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

1news.az xəbər verir ki, noyabr ayının 23-də saat 19:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Xudat sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Chouaib Bendemagh, noyabrın 25-də saat 00:05-də Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində İİR vətəndaşları – 2004-cü il təvəllüdlü Rayenzadə Muhemmedrza Əli və 2008-ci il təvəllüdlü Mikayıllı Yeganə Nehmətulla dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Noyabrın 27-də saat 02:20-də isə Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-EA-559 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən və şübhəli hərəkətləri ilə diqqəti cəlb edən Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Tahirzadə Faiq Şaiq oğlu və Masallı rayon sakini 1992-ci il təvəllüdlü Muradlı Dilqəm Qafil oğlu saxlanılmışlar.

Saxlanılan şəxslərin idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 13 kiloqram 995 qram (11 kq 965 qram marixuana, 1 kq 525 qram tiryək, 505 qram metamfetamin) və 3980 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
71

Son xəbərlər

Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunubBu gün, 16:49Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyədə hərbi obyektlərdə olub - FOTOBu gün, 16:18İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu göndəribBu gün, 15:56DYP yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edibBu gün, 15:24Metronun əməkdaşı dünyasını dəyişibBu gün, 15:09Küləkli havaya görə xəbərdarlıq edilibBu gün, 14:59Şirvanda xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilibBu gün, 14:42Güclü külək Mingəçevirdə problemlər yaradıb - FOTOBu gün, 14:14Bu gecə yollar buz bağlayacaq - XƏBƏRDARLIQBu gün, 13:56Su sayğaclarının donvurmadan qorunması ilə bağlı MÜRACİƏT - VİDEOBu gün, 13:31Bazar günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 13:15Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşırBu gün, 13:06Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 12:38Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə ilin yekununa dair toplantı keçirilibBu gün, 12:22Şəmkirdə evdə partlayışda ana və qızı xəsarət alıbBu gün, 11:57NİİM: Bakıda bəzi yollarda sıxlıq müşahidə edilirBu gün, 11:39Binədə qanunsuz tikililər sökülübBu gün, 11:36Ötən gün xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 11:17Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilibBu gün, 10:57Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilibBu gün, 10:36
Bütün xəbərlər