Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulub

11:39 - 29 / 11 / 2024
Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə birgə nəzarət tədbirləri həyata keçirib.

1news.az FHN-ə istinadən xəbər verir ki, nəzarət tədbirləri İmişli rayonu ərazisində yerləşən Sarısu ovçuluq təsərrüfatında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirilib.

Tədbir zamanı ümumilikdə 15 qayıq saxlanılaraq texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.

İstismar qaydalarının tələblərinə cavab verməyən 5 ədəd avarlı qayığın fəaliyyətinə qadağa qoyulub.

Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları, sözügedən gəmilərin təchizat avadanlıqlarının norma və tələbləri ilə bağlı bir daha maarifləndirilib.

Paylaş:
81

Son xəbərlər

Yağıntılar tədricən kəsilib - FAKTİKİ HAVA - YENİLƏNİB 1Bu gün, 17:15Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunubBu gün, 16:49Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyədə hərbi obyektlərdə olub - FOTOBu gün, 16:18İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu göndəribBu gün, 15:56DYP yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edibBu gün, 15:24Metronun əməkdaşı dünyasını dəyişibBu gün, 15:09Küləkli havaya görə xəbərdarlıq edilibBu gün, 14:59Şirvanda xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilibBu gün, 14:42Güclü külək Mingəçevirdə problemlər yaradıb - FOTOBu gün, 14:14Bu gecə yollar buz bağlayacaq - XƏBƏRDARLIQBu gün, 13:56Su sayğaclarının donvurmadan qorunması ilə bağlı MÜRACİƏT - VİDEOBu gün, 13:31Bazar günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 13:15Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşırBu gün, 13:06Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə ilin yekununa dair toplantı keçirilibBu gün, 12:22Şəmkirdə evdə partlayışda ana və qızı xəsarət alıbBu gün, 11:57NİİM: Bakıda bəzi yollarda sıxlıq müşahidə edilirBu gün, 11:39Binədə qanunsuz tikililər sökülübBu gün, 11:36Ötən gün xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 11:17Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilibBu gün, 10:57Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilibBu gün, 10:36
Bütün xəbərlər