Kürdəmirdə ağır yol qəzası olub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə ağır yol qəzası olub, ölən var

18:07 - 30 / 11 / 2024
Kürdəmirdə ağır yol qəzası olub, ölən var

Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər