Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTO

1news Redaksiyası11:51 - 30 / 11 / 2024
Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTO

Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda qəzaya uğrayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində baş verib.

Naxçıvandan Bakıya gedən avtobus betonqarşdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər