Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatır

Qafar Ağayev15:59 - Bu gün
Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatır

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib.

1news.az məlumatına görə, müraciətdə deyilir ki, payızlıq əkinlərin bəyan müddəti dekabrın 30-da başa çatır.

Fermerlər əkinləri bəyan etmək üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yaratdıqları şəxsi kabineti aktivləşdirməli, öz torpaq və əkin məlumatlarını müvafiq bölmələrə daxil etməlidir. Vaxtında əkin və torpaq məlumatlarını, digər tamamlayıcı sənədləri (torpaq analizinin nəticələri, aqrar sığorta müqaviləsi və s.) sistemə daxil etməyən şəxslərin subsidiya ilə bağlı elektron ərizəsi formalaşmayacaq və onlara subsidiya ödənişi həyata keçirilməyəcək.

Əkinləri bəyan edərkən hər hansı çətinliklə üzləşə biləcək fermerlər texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müraciət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.Bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, fermerlər bəyanı daxil etdikdən sonra “Müraciət et” düyməsinə sıxmadan 30 dekabr tarixinə kimi bəyanı dəyişdirə bilərlər. Bəyan edilən bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, fermerlər bəyanla eyni gündə “Müraciət et” düyməsinə sıxmaqla müraciətini yekunlaşdıra bilər. Əkin subsidiyasına müraciət bitkinin bəyan edilməsi, torpaqdan istifadə hüququnun təsdiqlənməsi, müraciətin edilməsi ardıcıllığına uyğun aparılır. Fermerlər öz elektron kabinetləri vasitəsilə müraciətləri ilə bağlı proseslərin qeyd edilən ardıcıllığa uyğun aparılıb-aparılmadığını izləyə, problem müəyyən etdikdə DAİM-ə müraciət edə bilərlər.

Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradır. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.

Respublika üzrə payızlıq əkinlərin bəyanına 2024-cü il sentyabrın 1-dən start verilib. Fermerlərə əkinlərini bəyan etməsi üçün 4 ay vaxt verilir.

Paylaş:
43

Son xəbərlər

Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblərBu gün, 17:51Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən varBu gün, 17:46MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcəkBu gün, 17:30Astarada axtarılan yeniyetmənin meyiti tapılıbBu gün, 17:23Şuşanın tanınmış Mehmandarovlar nəslinin gorkəmli xadimləriBu gün, 17:04Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 16:55Bakıda hərbçi qəfil vəfat etdiBu gün, 16:27Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatırBu gün, 15:59Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşdiBu gün, 15:39Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıbBu gün, 15:24Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıbBu gün, 15:08Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilibBu gün, 14:47Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandıBu gün, 14:42Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanırBu gün, 14:41Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilibBu gün, 14:36RİNN haqqında əsasnamə dəyişibBu gün, 14:30Daha bir məktəbdə yanğın olubBu gün, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak olduBu gün, 13:54“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunubBu gün, 13:45Dövlət Xidmətindən havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərinə ÇAĞIRIŞBu gün, 13:36
Bütün xəbərlər