Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblər

Qafar Ağayev17:51 - 02 / 12 / 2024
Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblər

Azərbaycan və Qvineya-Bisau arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

1news.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.

“Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılığı ilə nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə Qvineya-Bisaunun Azərbaycanın enerji sahəsindəki təcrübəsinə marağını nəzərə alaraq, “yaşıl enerji”, dekarbonizasiya və neft-qaz sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik”, - deyə nazir qeyd edib.

Paylaş:
161

Son xəbərlər

Bütün xəbərlər