Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldı

Qafar Ağayev10:52 - 02 / 12 / 2024
Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldı

Noyabrın 30-da səhər saatlarında Ceyranbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 22 yaşlı C.Məmmədli avtomobillə birgə saxlanılıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən “VAZ-2106” markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb. Avtomobil Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində aşkar olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
89

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər