Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTO

Qafar Ağayev09:55 - 04 / 12 / 2024
Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTO

Ağır vəziyyətdə KTM-in Reanimasiya şöbəsinə qəbul edilən xəstə həyata qaytarılıb.

1news.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, 30.11.2024-cü il tarixində kəskin böyrək çatışmazlığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilən 68 yaşlı xəstə Reanimasiya şöbəsinə qəbul edilib.

"Xəstə şöbəyə daxil olarkən huşsuz, vəziyyəti hədsiz ağır olub.

Kreatini 32 (norma ~ 1 mg/dL), kalisi 9 (norma ~ 4.5 mmol/L), sidik ifrazı tamamilə kəsilmiş vəziyyətdə olan xəstəyə ilkin olaraq dializ təyin edilib, zəruri tədbirlər görülüb. 3 hemodializ seansından sonra xəstənin kreatini və kalisi normaya yaxınlaşıb. Huşu aydınlaşıb, hemodinamik göstəriciləri stabillləşib.

Artıq Reanimasiya şöbəsindən Nefrologiya şöbəsinə köçürülən xəstənin müalicələri davam etdirilir",- deyə xəstəxanadan əlavə edilib.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər