Böyükşor yolu ilə Ziya Bünyadov prospektinin kəsişməsində yaranan sıxlıqla bağlı TƏKLİF
Bakıda Böyükşor gölünün üstündən keçən yolun Ziya Bünyadov prospekti ilə birləşən hissəsində müşahidə edilən tıxac probleminin həlli üçün nəqliyyat eksperti tərəfindən yeni təklif irəli sürülüb.
1news.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, həmin ərazidəki dairənin ləğv edilməsi, yerində müasir işıqfor sisteminin quraşdırılması və avtobus dayanacağının 100 metr geri çəkilməsi ilə yol hərəkəti axını optimallaşdırıla bilər.
"Bundan əlavə, Santral Eklektrikin qarşısında yerləşən hissənin yol infrastrukturuna daxil edilməsi də hərəkət rahatlığını artıracaq".
Ekspert bu təklifin tətbiqinin nəqliyyat axınını əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını və gündəlik tıxac problemini aradan qaldırmağa kömək edəcəyini vurğulayıb.