Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

10:04 - 10 / 12 / 2024
Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Ağsuda ölümlə nəticələnən yol qəzası olub.

1news.az "Report"a istinadən xəbər verir ki, 1960-cı il təvəllüdlü Bəbir Şirin oğlu Mehdiyevin idarə etdiyi “VAZ 21074" markalı avtomobillə 1987-ci il təvəllüdlü Elmin Ənnağı oğlu Nağıyevin idarə etdiyi “Toyota Prius" markalı maşın toqquşub.

Nəticədə “VAZ 21074"ün sürücüsü Bəbir Mehdiyev hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2014-cü il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, “Toyota Prius"un sürücüsü Elmin Nağıyev və avtomobildə olan 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
155

Son xəbərlər

Bütün xəbərlər