10 min manat dəyərində lotereya biletinin oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

10 min manat dəyərində lotereya biletinin oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıblar

14:17 - 16 / 12 / 2024
10 min manat dəyərində lotereya biletinin oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıblar

Dekabrın 13-nə keçən gecə Xətai rayonu ərazisində “Hyundai” markalı avtomobildən 10.000 manat dəyərində lotereya biletinin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı M.Ağayev və 34 yaşlı İ.Qayıbov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər