Bu gündən elektromobil sahiblərinin mülki məsuliyyət sığortası onlayn qaydada rəsmiləşdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən elektromobil sahiblərinin mülki məsuliyyət sığortası onlayn qaydada rəsmiləşdirilir

Qafar Ağayev14:45 - 16 / 12 / 2024
Bu gündən elektromobil sahiblərinin mülki məsuliyyət sığortası onlayn qaydada rəsmiləşdirilir

Bu gündən elektromobillərin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (AVSMMİS) onlayn qaydada rəsmiləşdirilməsi tətbiq olunmağa başlayıb.

Bu barədə 1news.az-a İcbari Sığorta Bürosundan bildirilib.

Qeyd edilib ki, elektromobillərin onlayn icbari sığortalanmasının tətbiqi sürücülər üçün bir sıra üstünlüklər yaradır. Artıq elektromobil sahibləri AVSMMİS növü üzrə şəhadətnamələrini sığorta şirkətlərinin rəsmi veb-səhifələri vasitəsilə onlayn şəkildə sürətli və asan əldə edə bilərlər. Sürücülər həmçinin İSB-nin rəsmi veb-səhifəsinə daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə və seçdikləri şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün onlayn sığorta müqaviləsini rəsmiləşdirə bilərlər.

İSB-nin elektronlaşma sahəsində apardığı islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf etdirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta məhsullarına əlçatanlığın təmin olunmasına xidmət edir.

Qeyd edək ki, İSB “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər