Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlanıb

16:06 - 16 / 12 / 2024
Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.12.2024 - 15.12.2024) açıqlanıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 612 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 772 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
217

Son xəbərlər

Bütün xəbərlər