Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

09:49 - Bu gün
Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Azərbaycanda dekabrın 25-i saat 9:00-a olan məlumata əsasən hava şəraiti sabit, əsasən yağmursuz keçib.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan, Şəmkir, Qobustan, Quba, Xaltan, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Tərtər, Sumqayıt, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər