FHN: Bakıda yaşayış binasının liftində köməksiz vəziyyətdə qalan sakinlər xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Bakıda yaşayış binasının liftində köməksiz vəziyyətdə qalan sakinlər xilas edilib - VİDEO

15:35 - 08 / 01 / 2025
FHN: Bakıda yaşayış binasının liftində köməksiz vəziyyətdə qalan sakinlər xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Azadlıq prospektində doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan bina sakinləri xilas edilib.

Paylaş:
189

Son xəbərlər

Bütün xəbərlər