İnfeksionistdən əhaliyə peyvəndlə bağlı çağırış
Qripə qarşı peyvənd təhlükəsiz preparatdır, həm azyaşlılar, həm də hamilələr peyvənd oluna bilər:
1news.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, “qrip bütün infeksion xəstəliklərin 90 faizini təşkil edir.
"İnsan ömrünün, orta hesabla, bir ili xəstə halda keçir. Ağır formalı infeksiyalar – qrip bəzən insan həyatına son qoya bilər. Hər kəs vaxtında peyvənd olunmalıdır ki, bu cür problemlərlə qarşılaşmasınlar".
138