Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma başlayıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma başlayıb - YENİLƏNİB

16:45 - Bu gün
Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma başlayıb - YENİLƏNİB

Masallı rayonu Babaser kənd sakini 1995-ci il təvəlllüdlü Ağayeva Dünya Güləbala qızı 04.01.2025-ci il tarixdə dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diqanozu ilə Masallı RMX PHŞ-in reanimasiya şöbəsinə daxil olmuş, göstərilən tibbi yardımlara baxmayaraq D.Ağayeva 10.01.2025-ci il tarixdə saat 10 radələrində müalicə aldığı xəstəxanada ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

11:28

Masallıda 30 yaşlı qız zəhərlənərək ölüb.

1news.az "Report"a istinadən xəbər verir ki, Babaser kənd sakini, 1995-ci il təvəlllüdlü Dünya Güləbala qızı Ağayeva yanvarın 4-də dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.

O, göstərilən tibbi yardımlara baxmayaraq, D.Ağayeva yanvarın 10-da müalicə aldığı xəstəxanada ölüb.

Araşdırma aparılır.

Paylaş:
115

Son xəbərlər

Bütün xəbərlər