Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 23 mindən çox müraciət araşdırılaraq cavablandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 23 mindən çox müraciət araşdırılaraq cavablandırılıb

Qafar Ağayev14:53 - Bu gün
Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 23 mindən çox müraciət araşdırılaraq cavablandırılıb

2024-cü il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 23 222 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Qurumdan 1news.az-a verilən məlumata görə, bununla yanaşı Xidmət tərəfindən 19 496 sorğu və məktuba baxılıb.

Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 11 335 nəfər olub.

Daxil olan müraciətlər daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, nəqliyyat, emal və digər sahələrə aid olub.

Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərə izahatların verilməsi təmin edilib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər