Bəzi ərazilərdən heyvan və quş ətinin Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi ərazilərdən heyvan və quş ətinin Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub

Qafar Ağayev12:36 - Bu gün
Bəzi ərazilərdən heyvan və quş ətinin Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub

Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, daxil olan həmin məlumatlar əsasında AQTA tərəfindən adları qeyd olunan ərazilərdən iri və xırdabuynuzlu heyvanların, diri quş və inkubasiya yumurtalarının, quş ətinin və quş emalı məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Məqsəd qeyd olunan ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaqdır.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər