Tovuz Dəmiryolu Vağzalında işçini elektrik cərəyanı vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz Dəmiryolu Vağzalında işçini elektrik cərəyanı vurub

1news Redaksiyası11:33 - 23 / 01 / 2025
Tovuz Dəmiryolu Vağzalında işçini elektrik cərəyanı vurub

Tovuz rayon Dəmiryol Vağzalında işçini elektrik cərəyanı vurub.

1news.az-ın "Report"a istinadən məlumatına görə, vağzalda aparılan işlər zamanı fəhlə ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.

Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılan şəxsin vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkən dəmiryolu xəttində elektrik işlərini görən şirkətlərdən birinin əməkdaşıdır. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər