Səsi ilə “Şirin Baba”ya həyat verən türk aktyor Sezai Altekin vəfat edib
İstanbul Şəhər Teatrının aktyoru Sezai Altekin 79 yaşında dünyasını dəyişib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsasən teatrda fəaliyyət göstərən aktyor “Tatar Ramazan”, “Paşa Gönlüm” və “İlişki Durumu: Karışık” kimi ekran işlərində də tamaşaçılarının qarşısına çıxıb.
Xatırladaq ki, Sezai Altekinin özü qədər səsi də kifayət qədər sevilir və tanınır. Onun dublaj etdiyi bir-birindən maraqlı cizgi film qəhrəmanlarından ən məşhuru “Şirin Baba”, “Bugs Bunny” və “Barni Moloztaş”dır.
Qeyd edək ki, aktyorun ölüm səbəbi ilə bağlı yaşından qaynaqlanan xəstəliklər olduğu bildirilir.
51