PAŞA Holding-in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS” Hüquq Forumunda nələr müzakirə olundu? - FOTO
PAŞA Holding-in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS” Hüquq Forumunda nələr müzakirə olundu?
5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u uğurla başa çatdı.
Tədbirin açılış mərasimində Azərbaycan Republikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasın Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holding-in Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib. "Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda forum keçirilir və bizim üçün bu forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış eləmək həm çox sevindirici, həm də çox qürurverici haldır." - Cəlal Qasımov bildirib.
“İqtisadiyyatın şaxələndirilməsi üçün bu sahədə hüquq sisteminin inkişafı, həmçinin dövlət və özəl sektor arasında qarşılıqlı etimadın daha da gücləndirilməsi vacibdir. Biznes fəaliyyətinin stimullaşdırılması, dövlət müəssisələrinin səmərəli idarə olunması, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi iqtisadi sferada prioritet istiqamətlərdəndir. İqtisadiyyatın ayrı-ayrı sahələri inkişaf etdikcə hüquq-mühakimə sisteminin də qarşısında yeni çağırışlar yaranır. LEGIS Hüquq Forumu qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin dəyərləndirilməsi üçün əhəmiyyətli platformadır” - Azərbaycan Republikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov qeyd edib.
“Dövlət və özəl sektor arasında təmasın olması zəruridir. Bu təmas, təbii ki, hakimiyyətin hər üç qolunu əhatə etməlidir. Düşünürəm bu forum bu məqsədə əhəmiyyətli dərəcədə xidmət göstərəcək.” - Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov bildirib.
“Özəl Sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər”. Bunu Baş Prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumda deyib. O bildirib ki, lakin müasir Baş Prokurorluq onların müdafiəçisi qismindədir:
“Prokurorluq qanunların dəqiq və dürüst icra olunmasına nəzarət edən qurumdur. Biz özəl sektorla bağlı müraciətlərlə açıq aydın cinayət əməli olmayanda digər dövlət qurumlarına yönəldilir. Biz açıq aşkar çalışırıq ki, özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməsin, zərurət olmadığı halda qarışılmasın”.
Forum çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynovun çıxışı da baş tutdu. O, insan hüquqları sahəsində aktual məsələlərə dair dəyərli fikirlərini bölüşərək, insan hüquqlarının müasir hüquq sistemindəki rolu və inkişaf tendensiyaları haqqında vacib məqamları diqqətə çatdırdı.
Tədbirin ən maraqlı məqamlarından biri isə dünyaca məşhur humanoid robot Sofiyanın iştirakı ilə baş tutan interaktiv müsahibə oldu. PAŞA Həyat Sığorta-nin Hüquq departamentinin direktoru Sabuhi Göyüşovun moderatorluğu ilə keçirilən bu sessiyada innovasiya və qanunvericilik sahəsindəki son trendlər müzakirə edildi. Süni intellekt və hüququn kəsişmə nöqtələrinə toxunan bu dialoq, rəqəmsal dövrdə hüquqi tənzimləmə mexanizmlərinin necə dəyişdiyini və gələcəkdə bu sahədə hansı çağırışların gözlənildiyini aydınlatdı.
Bundan əlavə, tədbir çərçivəsində hüquq sahəsinin aktual məsələlərinə həsr olunmuş bir neçə mühüm panel müzakirələri keçirildi.
Dövlət və özəl sektor əməkdaşlığı panel müzakirə sessiyası hüquqi çərçivələrin gücləndirilməsi və innovasiyaların təşviqi istiqamətində tərəfdaşlıqların rolunu araşdırdı. PAŞA Bank-nin Hüquqi Məsələlər Şöbəsinin rəhbəri İlham Hüseynov panelin moderatoru kimi dövlət, özəl, akademik və vəkillik sahəsində çalışan hüquqşünasları salamladı və qeyd etdi ki, hüquqşünasların birləşdiyi bu dörd icma arasında dialoq çox vacib və önəmlidir və hüquqşünasların dövlət və özəl dialoqunda yaxından iştirak etdiyi üçün onların arasında olan dialoqun keyfiyyəti dövlət və özəl dialoquna da təsir edir və hüquqşünaslar bu dialoqu təmin edərkən daha çox həll yönümlü davranmalıdırlar.
Eyni zamanda paneldə spiker kimi çıxış edən İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın ölkənin iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib. O, dövlət və özəl sektorun birgə fəaliyyətinin sosial əhəmiyyətli problemlərin həllində və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında əhəmiyyətli olduğunu bildirib.
Həmin paneldə çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov bildirib ki, prokurorluq orqanlarında aparılan sistematik təhlillər nəticəsində bütün sahələrdə, o cümlədən özəl sektorda baş verən hüquqpozmalar və korrupsiyaya şərait yaradan hallar müəyyən edilir.
"Onların qarşısının alınması və gələcəkdə törədilməməsi məqsədilə, habelə qanun pozuntularından çəkindirmək üçün həmin qurumlara və aidiyyəti dövlət təsisatlarına prokuror təsir aktı olan müvafiq Təqdimatlar, Xəbərdarlıqlıqlardan geniş şəkildə istifadə olunur"-deyə Baş prokurorun müavini əlavə edib.
"Təhlil edilmiş son iki ilin statistik göstəricilərinə görə aidiyyəti qurumlara 194 Təqdimat göndərilib, 80 halda isə Xəbərdarlıq elan edilib" - deyə Heydər Məmmədov vurğulayıb.
Həmçinin, paneldə çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət və özəl tərəfdaşlığına Rəqabət Məcəlləsinin təsiri və sağlam rəqabət mühitinin formalaşdırılması barədə, BP Azərbaycan şirkətinin Vitse-Prezidenti Bəxtiyar Aslanbəyli xarici investor kimi dövlət və özəl tərəfdaşlığının BP təcrübələri barədə, Deloitte Azərbaycan şirkətinin Vergi və Hüquq üzrə Partnyoru Nuran Kərimov isə həm özəl və dövlət sektorunun qarşılıqlı dialoqda gözləntiləri barədə, Covid19 və Vətən Müharibəsi dönəmində dövlət və özəl sektorun sıx əməkdaşlığı kimi mühüm mövzulara toxundular.
Digər mühüm sessiya olan Arbitraj Panelində müasir hüquq sistemlərində arbitrajın inkişaf edən roluna, arbitrajın müasir hüquq sistemlərində artan əhəmiyyətinə və Azərbaycanda bu sahənin inkişaf perspektivlərinə həsr olundu. Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyevanın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti Şöbəsinin Qanunvericiliyin İnkişafı Sektorunun müdiri Araz Poladov, İsveçrənin “Patocchi & Marzolini” Hüquq Firmasının təsisçi partnyoru Paolo Marzolini, İsveçrənin “Peter & Kim” Hüquq Firmasının partnyoru və professor Hüqo Barbier, eləcə də SOCAR-ın Korporativ Hüquq Departamentinin rəhbəri Nurlan Mustafayev çıxış etdilər. Paneldə arbitrajın səmərəli mübahisə həlli mexanizmi kimi əhəmiyyəti vurğulandı və onun Azərbaycanın hüquqi mühitində daha geniş tətbiqi imkanları müzakirə edildi.
Bununla yanaşı, Rəqəmsal Ekosistem paneli maraqlı müzakirələr ilə yadda qaldı. Texnologiya hüququ sahəsindəki aktual məsələlərin təhlili sessiyasında hüquq və innovasiyanın kəsişmə nöqtələri araşdırıldı. “Kapital Bank”-nin Hüquq Departamentinin direktoru Ələkbər İsmayılzadənin moderatorluğu ilə baş tutan müzakirədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin Hüquqi Xidmətlərin Göstərilməsi Məsələləri Sektorunun müdiri Vüsal İsayev, Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Fərid İsayev, “Competo”-nin Hüquq Departamentinin direktoru Həbib Teymurov, Trendyol Qrup Azərbaycan şirkətinin Hüquq Departamentinin rəhbəri Funda Tüfekçi və “PashaPay”-in Hüquq Departamentinin direktoru Arif Mehdiyev fikirlərini bölüşdülər. Paneldə ecosistem funksiallığı və vacibliyi, süni intellektin tətbiqi, hüquqi risklər və dövlət tənzimlənməsi müzakirə olundu. Bundan əlavə, spikerlar texnoloji inkişafı, innovasiyaları dəstəkləyən vergi təşviq mexanizmləri, vergi islahatlarının planlamasında ekosistem strategiyasının faydalı aspektləri, eləcə də rəqamsal ekosistemdə hüquqşunasın və hüquq departamentin mövcud və gələcək rolu barədə fikirlərini səsləndirdilər.
«Rəqəmsal ekosistemin əsas məqsədi müştəri məmnuniyyətidir. Halbuki, innovasiyalar, xüsusən də suni intellekt hüquqşunazların öz işini səmərəli görməsində yeni resurs olduğu üçün bəzən tənzimləyici orqanlarənın həddən artıq konservativ yanaşmaları, rəgəmsal biznesin inkişafı üçün çətinliklər yaradır”- “Kapital Bank”in hüquq departamentinin direktoru Ələkbər İsmayılzadə vurğuladi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev çıxışı zamanı " Süni intellekt texnoloqiyalarının tətbiqi ilə bağlı bir sıra hüquqi məsələlərin həllinin zəruri olduğu vurğulamaq istəyirəm. O cümlədən növbəti illərdə bu sahədə inkişafın təmin edilməsi üçün hazırda ayrıca süni intellekt strategiyası hazırlanır" deyə qeyd etdi.
“Təşviq mexanizmlərinin formalaşdırılmasında dövlət və özəl sektorların effektiv qarşılıqlı fəaliyyəti vacib amildir. Bu xüsusda, texnoloji sahələrin gələcək inkişafının vergi alətləri vasitəsilə dəstəklənməsi üçün sahibkarlıq subyektlərinin təkliflərinə və dialoqa açıq olduğumuzu bir daha ifadə etmək istəyirəm” - Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Fərid İsayev bildirib.
Reklam hüququnda