45 azərbaycanlı Almaniyadan readmissiya olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

45 azərbaycanlı Almaniyadan readmissiya olunub

Qafar Ağayev09:50 - 07 / 02 / 2025
45 azərbaycanlı Almaniyadan readmissiya olunub

Azərbaycan vətəndaşı olan 45 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Qeyd edək ki, DMX tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Paylaş:
175

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər