Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb

Qafar Ağayev15:13 - Bu gün
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən 5 sürücü müəyyən edilərək saxlanılıb.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib, daha bir mikroavtobus sürücüsü isə 15 sutka inzibati qaydada həbs edilib.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər