Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər - VİDEO

Qafar Ağayev16:50 - 10 / 02 / 2025
Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.

Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

Paylaş:
130

Son xəbərlər

Bütün xəbərlər