Bakının Mirzəağa Əliyev küçəsində yeni səki salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Mirzəağa Əliyev küçəsində yeni səki salınıb

Qafar Ağayev13:55 - 12 / 02 / 2025
Bakının Mirzəağa Əliyev küçəsində yeni səki salınıb

Bakının Mirzəağa Əliyev küçəsində piyadaların daha təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə yeni səki salınıb.

Bu barədə 1news.az-a RəqəmsaI İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, eni 1,5 metr olan səkinin uzunluğu 360 metr təşkil edir.

Bildirilir ki, əvvəllər bu küçədə səki olmadığından piyadalar məcbur olub avtomobil yolundan və ya velosiped zolağından istifadə edirdilər.

Yeni səki müasir standartlara uyğun tikilib. Layihənin məqsədi şəhərin yol infrastrukturunu daha təhlükəsiz və vətəndaşlar üçün əlverişli etməkdir.

Paylaş:
147

Son xəbərlər

Bütün xəbərlər