Paytaxtda oğurluq edənlər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda oğurluq edənlər saxlanılıb

Qafar Ağayev15:12 - Bu gün
Paytaxtda oğurluq edənlər saxlanılıb

Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2 nəfər qadın müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Xəzər və Binəqədi rayonları ərazisindəki mağazalardan tütün məmulatları oğurlamaqda şübhəli bilinən iki yeniyetmə və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 35 yaşlı Z.Rzayev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər