Nazir: Prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur
![Nazir: Prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur](/images/2025/02/13/20250213110423194/thumb.jpg?2025-02-13+13%3A30%3A26)
“Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur” .
1news.az xəbər verir ki, bu fikirləri “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, İşğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasına görə təşviqlər, həssas sosial təbəqələr üçün güzəştlər, özəl sektoru stimullaşdıran addımlar, sənaye parklarında rezidentlər üçün azadolmalar, startaplar üçün stimullar, ekoloji mühiti inkişaf etdirən vergi güzəştlərini qeyd etməliyik.
“Bunlar ölkəmizdə iqtisadi aktivliyə, sosial rifaha və qeyri-neft sektorunun inkişafına təkan verən mühüm islahatlar paketini təşkil edir.
Vergi sistemində islahatlar və qanunvericilikdə dəyişikliklər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri ilə uzlaşır”, - deyə nazir əlavə edib.