Sumqayıt və Abşeronda evlərdən oğurluq edənlər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt və Abşeronda evlərdən oğurluq edənlər saxlanılıb

11:58 - 17 / 02 / 2025
Sumqayıt və Abşeronda evlərdən oğurluq edənlər saxlanılıb

Sumqayıt şəhəri və Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində yerləşən 3 evdən naqil, təmir alətləri və inşaat materiallarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Ağasiyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 900 manat dəyərində 3 samovarı oğurlamaqda şübhəli bilinən 28 yaşlı M. Məmmədovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Paylaş:
148

Son xəbərlər

Bütün xəbərlər