Bərdədə yüksaxlama anbarının istismarı dayandırılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə yüksaxlama anbarının istismarı dayandırılıb - VİDEO

Qafar Ağayev10:30 - 19 / 02 / 2025
Bərdədə yüksaxlama anbarının istismarı dayandırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi yüksaxlama anbarının istismarını dayandırıb.

1news.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bərdə şəhərində fəaliyyət göstərən “EFE-2018” MMC-yə məxsus yüksaxlama anbarında plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, anbarda istismar olunan 1 ədəd körpülü kranın qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun olmadığı və aləti yoxlamasının (maqnit tozu, ultrasəs və kimyəvi analiz üsulu ilə) aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yüksaxlama anbarının istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Paylaş:
86

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

20 / 02 / 2025, 17:05
Bütün xəbərlər