Ötən gün axtarışda olan 91 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün axtarışda olan 91 nəfər saxlanılıb

Qafar Ağayev10:52 - 19 / 02 / 2025
Ötən gün axtarışda olan 91 nəfər saxlanılıb

Fevralın 18-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Paylaş:
90

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

20 / 02 / 2025, 17:05
Bütün xəbərlər