Xaçmazda yanğın olub, xəsarət alan var

Xaçmaz rayonunun Mollabürhanlı kəndində ümumi sahəsi 14 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
"Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb"- deyə məlumatda qeyd edilib.
78