Gəncə sakinindən tapança götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə sakinindən tapança götürülüb

1news Redaksiyası12:58 - 21 / 02 / 2025
Gəncə sakinindən tapança götürülüb

Gəncə şəhər sakinindən tapança götürülüb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlayan, əvvəllər dəfələrlə məhkum olunmuş K.Qasımov Dəliməmmədli Dəmiryolu Stansiyasında saxlanılıb.

Üzərinə baxış keçirilən zaman ondan bir ədəd “Makarov” tapançası, daraq və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər