Bazar günü hava necə olacaq? - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bazar günü hava necə olacaq? - PROQNOZ

13:31 - Bu gün
Bazar günü hava necə olacaq? - PROQNOZ

Milli Hidrometeorologiya Xidməti fevralın 23-də gözlənilən hava şəraiti barədə məlumat açıqlayıb.

Xidmətdən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 faiz olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər