Qazaxda narkokuryerlər həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda narkokuryerlər həbs edildi

17:43 - 22 / 02 / 2025
Qazaxda narkokuryerlər həbs edildi

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Hamlet İbayev və 30 yaşlı Rəşid Quluzadə saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəxslərdən 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkokuryerlik etdikləri məlum olub.

Faktlarla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər