Bakıda müğənni anası və nənəsini eyni gündə itirdi

Bakıda ana və qızı dəm qazından boğularaq ölüb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.
Fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları Buzovna qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənib.
Onlar hadisə yerində ölüb.
Vəfat edən S.Əhmədova müğənni İlkin Fuadın anası, 87 yaşlı Südabə İsmayılova isə nənəsidir. Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən müğənni hadisə baş verən kimi təcili yardım briqadası çağırdığını bildirsə də, onların hadisə yerinə 1 saat sonra çatdığını iddia edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.