Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - Faktiki hava

Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Hansı ərazilərdə qar yağır?
Qax, Zaqatala, Quba, Qusar, Xaltan, Şabran, Xaçmazda eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağır.
Hansı ərazilərdə güclü qərb küləyi əsir?
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 21 m/s, Şahdağda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlbəcərdə 17 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s, Zaqatala, Şəki və Yardımlıda 15 m/s-dək güclənib.
Bakıda və Abşeron yarımdasında hava necədir?
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 9, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta qeydə alınıb.