Ana və körpəsi doğuş vaxtı öldü - FOTO

Göygöl rayonunda gənc qadın və bətnindəki körpəsi doğuş zamanı ölüb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Murovdağ qəsəbəsində yaşayan Kəlbəcər rayon sakini N. Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya qəbul olunsa da, təxminən 30 dəqiqə sonra həyatını itirib.
Həmin vaxt onun bətnindəki körpə də vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, N.Cəbrayılova hamiləlik dövründə daim Mərkəzi Xəstəxanada müayinələrdən keçib və onun heç bir problemi olmayıb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma başlanılıb.
109