Böyük Britaniyanın Azərbaycandakı səfiri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
1news.az xəbər verir ki, bu barədə səfir sosial şəbəkədəki hesabında paylaşım edib.
"Xocalı faciəsindən 33 il keçir. Mən bütün azərbaycanlılarla birlikdə bu soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirəm. Allah rəhmət eləsin!", - diplomat paylaşımında yazıb.
77