Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq

Qafar Ağayev10:00 - Bu gün
Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq

Bakının Səbail, Suraxanı və Qaradağ rayonlarında qaz xəttində sızma aşkar olunub.

Bu barədə 1news.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsində, Suraxanı rayonu, Zığ qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində sızmaların aradan qaldırılması məqsədilə fevralın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Səbail rayonu üzrə Əli Nəzərov, İbrahim Xəlilov, Tofiq Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Neftçilər küçələrinin, Badamdar şosesinin və 3-cü yaşayış massivinin bir hissəsinin, Qaradağ rayonu üzrə 1-ci, 2-ci, 3-cü, 6-cı yaşayış massivlərinin və B.Niftəliyev, İ.Nəbiyev küçələrinin, Suraxanı rayonu üzrə isə Zığ qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Paylaş:
198

Son xəbərlər

Bütün xəbərlər