Bazar günü hava necə olacaq? - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bazar günü hava necə olacaq? - PROQNOZ

12:44 - Bu gün
Bazar günü hava necə olacaq? - PROQNOZ

Martın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə gecə 19-24° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi yollar buz bağlayacaq

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər