“İçərişəhər”də restoranda baş verən yanğınla bağlı rəsmi açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

“İçərişəhər”də restoranda baş verən yanğınla bağlı rəsmi açıqlama

Qafar Ağayev12:06 - 03 / 03 / 2025
“İçərişəhər”də restoranda baş verən yanğınla bağlı rəsmi açıqlama

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala 8-də yerləşən iaşə obyektində baş verən kiçik partlayışlar ilə bağlı rəsmi açıqlama yayıb.

Qurumdan 1news.az-a verilən məlumata görə, 2025-ci il martın 2-də, saat 19:45 radələrində İçərişəhər Kiçik Qala 8-də yerləşən iaşə obyektində enerji verən elektrik kabellərində kiçik partlayışlar baş vermişdir. Yanğın hadisəsinin qarşısının alınması məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mühafizə Xidməti yaxınlıqda olan vətəndaşları ərazidən uzaqlaşdırmış və dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə zəng edərək hadisə barədə məlumat vermişdir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunmuş və yanğının genişlənməsinin qarşısı alınmışdır. Hadisə nəticəsində ətraf binalara heç bir zərər dəyməmiş və yanğınsöndürənlərdən və Qoruq İdarəsinin mühafizə işçilərindən xəsarət alan olmamışdır.

İaşə obyektinin elektrik naqilləri “Azərişıq” ASC tərəfindən bərpa edilmişdir.

Paylaş:
412

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər