Yardımlıda dərədən “Kalaşnikov” avtomatı aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yardımlıda dərədən “Kalaşnikov” avtomatı aşkarlanıb

Qafar Ağayev15:10 - 04 / 03 / 2025
Yardımlıda dərədən “Kalaşnikov” avtomatı aşkarlanıb

Yardımlı rayonunda dərədən "Kalaşnikov" avtomatı aşkar edilib.

1news.az-ın məlumatına görə, Yardımlı rayonunun Telavar kəndinin ərazisində dərədə silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat, 6 ədəd patron darağı və 442 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Paylaş:
213

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər