Ataxan Bədəlov: Sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ataxan Bədəlov: Sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanır

Qafar Ağayev12:14 - 05 / 03 / 2025
Ataxan Bədəlov: Sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanır

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlayır”.

1news.az xəbər verir ki, bunu Xidmətin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.

"Ölkə prezidentinin 10 oktyabr 2024-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da hədəf kimi nəzərdə tutulub ki, sudan ödənişli istifadə ilə bağlı qaydaların mexanizmi hazırlanmalıdır. Yəni diferrensiallaşdırılmalıdır. Bu gün su strategiyasına uyğun olaraq qarşımıza konkret hədəf qoyulub ki, sudan ödənişli əsaslarla istifadə diferensiallaşdırılsın. Bu o deməkdir ki, sudan az istifadə edən aşağı tariflə, çox istifadə isə yuxarı tariflə ödəniş edəcək. Məqsəd həm əhali, həm də qeyri-əhali sektorunun sudan qənaətlə istifadə etməsinin təşviq olunmasıdır. Artıq qanun layihəsi hazırlanır. Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra bununla bağlı Tarif (Qiymət) Şurası qərar verəcək", - deyə o qeyd edib.

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər