FHN-in helikopteri ilə vəhşi heyvanların növbəti peyvəndləməsi aparılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in helikopteri ilə vəhşi heyvanların növbəti peyvəndləməsi aparılıb - VİDEO

17:36 - Bu gün
FHN-in helikopteri ilə vəhşi heyvanların növbəti peyvəndləməsi aparılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına ümumilikdə 400 kilometrə yaxın məsafədə 9450 ədəd aldadıcı yem səpilib.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər