Əlvida, Murad, Cəlal, Sirac, Tərxan! - Əlvida, Ənvər Həsənov! | 1news.az | Xəbərlər
Mədəniyyət

Əlvida, Murad, Cəlal, Sirac, Tərxan! - Əlvida, Ənvər Həsənov!

22:39 - 16 / 03 / 2025
Əlvida, Murad, Cəlal, Sirac, Tərxan! - Əlvida, Ənvər Həsənov!

Xalq artisti Ənvər Həsənov vəfat edib.

1news.az xəbər verir ki, bu barədə qızı paylaşım edib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Xatırladaq ki, sənətkar ölümündən qısa bir müddət öncə son müsahibəsini 1news.az-a verib.

Ömrünü Azərbaycan kinosuna həsr edən aktyorun, xüsusilə yadda qalan və sevilən rolları "Yeddi oğul istərəm" filmində yaratdığı Cəlal, "Dərviş Parisi partladır"da Şahbaz, "Babək"də Tərxan, "Atları yəhərləyin"də Sirac, "Uşaqlığın son gecəsi" filmində isə həyat verdiyi Murad obrazıdır.

Allah rəhmət etsin!

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər