Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

Qafar Ağayev17:36 - 17 / 03 / 2025
Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi növbəti dəfə uğur qazanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Agentlik Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu iESE (Improvement and Efficiency Social Enterprise) təşkilatı tərəfindən “iESE Dövlət Sektorunun Transformasiyası Mükafatı”na layiq görülüb.

Agentliyin mühüm rəqəmsal sosial layihələrindən olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) müsabiqənin “Rəqəmsal, texnologiya və məlumat analizindən ən yaxşı istifadə” və “İnnovasiya” nominasiyaları üzrə ətraflı təhlil edilib və qalib seçilib.

Qeyd edək ki, 2024-cü ildə də ƏMAS təşkilat tərəfindən mükəmməllik sertifikatına layiq görülüb.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər