Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq olub

10:59 - 21 / 03 / 2025
Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq olub

Siyəzəndə hazırda istifadə olunmayan şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilib.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən, hazırda istifadə olunmayan şadlıq evindən oğurluq edən əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayev saxlanılıblar.

Onlar şadlıq evinə 22 min 200 manat ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər