Ağdamda əməliyyat zamanı daha bir şəxsdən avtomat aşkarlanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda əməliyyat zamanı daha bir şəxsdən avtomat aşkarlanıb - VİDEO

10:46 - 22 / 03 / 2025
Ağdamda əməliyyat zamanı daha bir şəxsdən avtomat aşkarlanıb - VİDEO

Ağdamda polisin keçirdiyi əməliyyat zamanı daha bir şəxsdən avtomat silahı aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb. Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər