Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

Qafar Ağayev17:08 - 01 / 04 / 2025
Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək.

1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən aprelin 8-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.04.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər